Unun qiyməti niyə artırılıb? – İqtisadçıdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ölkəmizdə "A-92" markalı benzinin və dizel yanacağının qiyməti artıb. Bu da dəllalların əl-qolunun açmasına şərait yaradıb və nəticədə gündəlik tələbatda istifadə edilən bəzi qida məhsullarının qiymətində artım olub. 

Sosial şəbəkələrdə və internet resurlarında həmin işbazların bu addımları sərt qınanıb. 

Bizim.Media olaraq paytaxt marketlərində aparğımız araşdırma zamanı bəlli oldu ki, deyilənlər doğrudur, xüsusilə, un, yağ, qənd və çayın qiyməti olsa da artıb.

İqtisadiyyat Universitetinin dosenti, Elsevər Fərzəliyev də saytımıza açıqlamasında Bakının marketlərində süni qiymət artımının olduğunu dedi. 

Ekspert vurğuladı ki, hökümətin icazə olmadan hansısa qida şəbəkəsinin, marketin bunu etməyə ixtiyarı yoxdur:

“Ölkədə rəsmi olaraq qiymət artımı elan edilməyib. Xüsusi strateji əhəmiyyət kəsb edən məhsulların qiyməti artırılmamalıdır. Un məhsullarının istehsalına dövlət tərəfindən dəstək verilir. Onu niyə bahalaşdırırlar? Bəli, benzinin və dizel yanacağının qiyməti 10-20 qəpik artıb. Bu, ərzağın qiymətinin bahalaşması üçün əsas səbəb deyil”. 

Ekspert hesab edir ki, belə halların qarşısını almaq üçün benzinin qiyməti daxili yox, xarici bazar üçün qaldırılmalı idi: 

“Çünki, bu artım nəticəsində bizim çörəyimiz, unumuz bahalaşır. Bu ərəfələrdə ərzaq marketlərində reydlər aparılmalıdır. Və ciddi  şəkildə tapşırılmalıdır ki, unun qiymətini dəhşətli şəkildə şişirtməsinlər. Onlar  benzinin qiymətini əsas gətirərək belə artımlar edirlər”.

Bahalaşmaya alıcılar da etiraz edirlər. Şəhər sakini Sarıgül Məmmədova Binəqədidə evinin yaxınlığında olan marketdə həmişə 50 kq un kisəsini 27 AZN-ə, indi isə 33 AZN-ə aldığını deyir.

Digər sakin Göyçək Məmmədova isə bildirir ki, 2 manat 33 qəpiyə aldığı  yağı yaxın günlərdə 2.98  manata əldə edib.

Alıcı Vüqar Quliyev vurğulayır ki,10 kiloluq “Karmen” markalı unu 6 manata alıb. İndi isə 6 manat 50 qəpiyə satılır. Yəni unun qiyməti 8 faiz qalxıb.

Süni qiymət atrımına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müraciətimizə əsasən bildirdilər ki,  tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi aparılan monitorinqlərin intensivliyi artırılıb.

Dövlət Xidməti qeyd edir ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

End of content

No more pages to load

RADİO