Yeni “kiçik Avropa”nı kim və nə üçün yaradır? - Dimitri Solonnikovun şərhi 

“Əgər Ukraynanı Şimali Makedoniya və Gürcüstanla müqayisə etsək, o, Avropa Birliyinin bir vaxtlar irəli sürdüyü standartlardan xeyli uzaqdır. Avropada bu inteqrasiyanın baha başa gələcəyini yaxşı başa düşürlər, çünki AB-yə potensial namizəd ölkələrin iqtisadiyyatları ciddi şəkildə modernləşdirilməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Solonnikov bildirib.

Onun sözlərinə görə, bu, ilk növbədə aparıcı dövlətlərə baha başa gələcək, çünki onlar yeni Avropanın bir hissəsi olan ölkələrin sosial təminat yükünü daşımalı olacaqlar:
 

MÖVZU İLƏ BAĞLI:

Çinə qarşı birləşən dünya – CƏNUBİ QAFQAZ yeni soyuq savaşın mərkəzi olacaqmı?


“Əsas məqsəd Avropanı keçmiş SSRİ ölkələri hesabına genişləndirmək, bununla da Rusiyaya təzyiq göstərməkdir. Ukraynanın AB-yə üzvlük məsələsi Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq üçün Avropanın ultimatumunu qəbul etməyə sövq etmək cəhdidir.

Burada çox mühüm bir məsələ var - ultimatumu Paris və Berlin deyil, ilk növbədə London orientasiyalı ölkələr irəli sürürlər. Londonun “Kiçik Avropa”nın yaradılması ilə bağlı yeni layihəsinə Polşa, Baltikyanı ölkələr, Ukrayna daxildir. İngilislər artıq Parisdən və ya Berlindən deyil, Londondan idarə olunan ikinci birləşmiş Avropa yaratmağa, Türkiyəni də bu layihəyə daxil etməyə çalışırlar.

Hər şey, əlbəttə ki, ABŞ-la razılaşdırılıb. Amerika üçün bu öz ağasının diqqətinə layiq olmaqdan ötrü bir-biri ilə rəqabət aparacaq iki Avropa kontingenti deməkdir.

Bilirsiniz, bu nəyə bənzəyir? Hərəmxanada iki arvadın öz ağasının sevgisi uğrunda mübarizə aparmasına. Fransa və Almaniya Avropanın parçalanmasına yol vermək istəmirlər. Makron və Şoltsun Kiyev səfərindən bir gün sonra Böyük Britaniyanın baş naziri Boris Consonun səfəri baş tutdu.

Bu, yeni Ukrayna prosesində diqqət çəkmək üçün onların arasında rəqabət getdiyini bir daha göstərir.

Ukraynada Britaniyanı Almaniyadan çox sevirlər. Ukrayna və Polşa siyasətçiləri Britaniya liderini təhqir edə bilməzlər, lakin Almaniya rəhbərliyi haqqında ən nalayiq ifadələrə yol verirlər. Nə Makron, nə də Şoltsun Zelenskini danışıqlar prosesinə inandırmaq üçün təsir gücləri yoxdur.
Onlar sadəcə onunla görüşməyə məcburdurlar, çünki xüsusi əməliyyata görə ölkələrinin iqtisadiyyatı anti-Rusiya sanksiyalarından əziyyət çəkir. Böyük Britaniya Aİ-ni parçalamağa, Fransa və Almaniya isə İttifaqın birliyini və bütövlüyünü qorumağa çalışırlar”. (azvision.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Göyçayda güclü yanğın – FOTO

Göyçayda güclü yanğın – FOTO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

Prezidentin açılışını etdiyi məktəbdə onlar da təhsil alıbmış – FOTO

Prezidentin açılışını etdiyi məktəbdə onlar da təhsil alıbmış – FOTO

Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

ABŞ İraqda hərbi hospitala zərbə endirdi – Ölənlər var – VİDEO

ABŞ İraqda hərbi hospitala zərbə endirdi – Ölənlər var – VİDEO

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

End of content

No more pages to load

RADİO