BİZİM BAREL - BP rəhbəri Bakıya niyə gəlmişdi? - Neft və qaz ətrafında baş verənlər

Rusiya-Ukrayna müharibəsinin 122-ci günüdür artıq. Bu müharibə başlayandan neft və qaz qiymətləri dünya bazarlarında kəskin bahalaşdı və dörd aydır ki, qiymətlər yüksək həddə ticarət edilməkdə davam edir.  

Dünya bazarı. Düz bir il əvvəl qlobal neft bazarında həyəcan doğuracaq xəbər bilirsiniz nə idi? Brent markalı neftin 75 dollardan baha satılması.

Bəs indi? Bir aydan çox müddətdir ki, bazarda neft 110-125 dollar dəhlizində ticarət edilir. Hazırda neft bazarında qiymət tənzimləyicisi kimi çıxış edən OPEC və onun genişlənmiş variantı OPEC+ da öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir. Özü də təkcə qiymətlə bağlı yox, elə özünün hasilatçı ölkələr üçün ayırdığı kvota həcmləri ilə də. Bu həftə məlum olub ki, OPEC+ çərçivəsində ölkələr kvotadan 2,8 milyon barel az neft çıxarırlar ki, bunun da 1 milyon barelindən çoxu məhz Neft İxrac Edən Ölkələr Təşkilatının payına düşür. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu neft yatağından 3 milyard dollardan çox PUL QAZANDI


Amma OPEC+ formatı 6 il əvvəl gündəmə gələndə onun hədəfi neft qiymətlərini nə çox yuxarı, nə də hansısa bir səviyyədən aşağı düşməyə imkan verməməsi idi. Yəni neftin ədalətli qiymətinin bərqərar olması və onun saxlanmasına nail olmaq. Həmin ədalətli qiymət isə 50-55 dollar dəhlizi idi. İndi isə o zamankı ədalətdən 2 dəfə uzaqqlaşma yaşanır və OPEC+ da hər ay hasilat kvotalarının artırılması ilə bağlı mütəmadi qərarlar verir. Amma mənası nədir o qərarların ki, ona bazarda heç də hamı əməl etmir. Neft qiymətləri də təbii ki, belə halda sözə baxmır, necə deyərlər nəzarətdən çıxır. 

Bəs bunun axırı necə olacaq? Çətindir nəsə demək. Çünki bir tərəfdən səda gəlirsə ki, elə yay ərzində neft 130 dollar həddini keçəcək, digər avazlar qalxdığı sürətlə də enişini proqnoz edirlər. Yəqin elə buna görədir ki, ortalama hələ ki, illik qiymət proqnozları 100-ü bir qədər aşan qiymətlər götürülür. 

Çox güman ki, Azərbaycan hökuməti də neftin orta qiymətlərinin cari ildə hər bareli üçün yüzdən aşağı düşməyəcəyi qənaətindədir və bu səbəbdən də dövlət büdcəsinin formalaşdırılmasında proqnoz edilən qiymətləri xeyli artırmaq qərarına gəlib.

Neft və iqtisadiyyat. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi bu həftə ilk oxunuşda qəbul edildi. Layihəyə görə, “Şahdəniz” layihəsi çərçivəsində fəaliyyət göstərən portaçı şirkətlər tərəfindən mənfəət vergisi üzrə ödənişləri 1 milyard manat səviyyəsini aşacaq.
 

Dünya bazarlarında qazın yüksək qiymətini nəzərə alaraq, Azərbaycan hökuməti “Şahdəniz” layihəsinin iştirakçılarının dövlət büdcəsinə mənfəət vergisini 2022-ci ildə 1 milyard 610 milyon manat səviyyəsində  proqnoz edir. 


Cari ildə Azərbaycanın dövlət büdcəsinə neft hasil edən şirkətlərin vergi ödəmələri üzrə proqnoz göstəriciləri də xeyli artırılıb. Yəni 2022-ci il Azərbaycan Respublikası dövlət büdcəsinin dəyişdirilməsi ilə bağlı qanun layihəsində neftin bir barelinin orta ixrac qiyməti 50 dollardan 85 dollaradək yüksəlir.

Proqnoz göstəricilərindəki 70%-lik artım 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olmasından qaynaqlanır.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, 2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.

Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır.

2022-ci il AR dövlət büdcəsinə təklif edilən dəyişikliklər:

Hazırda qüvvədə olan büdcə layihəsi
(mln manatla)  Dəyişikliklər təklif edilən büdcə layihəsi
(mln manatla)
ÜDM    86 600,0    115 400,0
O cümlədən neft sektoru    26 200,0    49 700,0
Qeyri-neft sektoru    60 400,0    65 700,0
Büdcənin gəlirləri    26 816,0    29 197,8
Büdcənin xərcləri    29 879,0    32 303,8
Büdcə kəsiri    3 063    3 106
Neftin orta ixrac qiyməti    $50/barel    $85/barel

Azərbaycan hökuməti 2022-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən ümumən dövlət büdcəsinə 2 milyard 670 milyon manat həcmində mənfəət vergisi üzrə daxilolmalar gözləyir. 

Neft Fondunun xərcləmələri azaldılır. Neft Fondunun 2022-ci il büdcəsində dövlət büdcəsinə transfertin azalması ARDNF-in xərclərində 1 milyard 192,5 milyon manat məbləğində qənaətin yaranmasına səbəb olacaq ki, bu da ilin sonuna Fondun proqnozlaşdırılan valyuta aktivlərinin həcminin daha çox artmasına şərait yaradacaq.

Qeyd edək ki, bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Neft Fondundan dövlət büdcəsinə 11 milyard 517,5 milyon manat transfert nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq edilmiş transfert göstəricisi ilə müqayisədə 9,4% azdır.

Yaşıl enerji. Amma Azərbaycan hökuməti təkcə neft və qaza ümidli olub gələcək dayanıqlı inkişafını bu istiqamətdə təmin etmək niyyətində deyil. 

Azərbaycan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun qəbul edib və hazırda 2022-26-cı illər üçün bərpa olunan enerji mənbələri ilə bağlı strategiya hazırlanır. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda bəyan edib.

O xatırladıb ki, əsas məqsəd 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaqdır.
 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 357 nömrəli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə “Tədbirlər planı” təsdiq edilib. 


Həmin planın “Enerji təchizatı infrastrukturunun qurulması” bölümü bir beşillikdə müxtəlif gücdə yarımstansiyaların tikintisini nəzərdə tutmaqla yanaşı, 2027-ci ilədək 8 şəhər, habelə 8 qəsəbə və 81 kənd üzrə qaz təchizatı məqsədilə paylayıcı şəbəkənin qurulmasını hədəfləyir. Yəni qarşıda Azərbaycanın qaz paylayıcı şəbəkəsinin kifayət qədər genişlənməsi kimi irimiqyaslı bir layihə gerçəkləşdirilməlidir. 

Bu plana əsasən, Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılması artıq daha dəqiq çərçivədə yer alıb: Cəbrayıl Enerji Qovşağı layihəsinin inkişaf etdirilməsi, Naxçıvan Muxtar Respublikasında müvafiq elektrik enerji sistemlərinin yaradılması və onların ötürücü infrastrukturla bir birinə bağlanaraq Azərbaycanın ildən ilə artan elektrik enerjisi həcmlərinin Qərb istiqamətində ixracını nəzərdə tutur. 

Hökumət həmçinin hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların genişmiqyaslı tətbiqi zamanı küçə və yolların işıqlandırılmasında da enerji səmərəli texnologiyalar tətbiq edilməlidir.

Plan çox əhatəli tərtib edilib, amma hesab edirəm ki, enerji səmərəliyi və yaşıl enerji məsələləri Azərbaycanın bütün regionlarında tətbiq edilməlidir, çünki bu, həm də zamanla ayaqlaşmaq məsəlidir.  

bp rəhbərinin səfəri. Britaniyanın neft-qaz nəhəngi bp şirkətinin baş icraçı direktoru Bernard Luni iyunun 23-24-də Azərbaycana ikigünlük işgüzar səfərdə olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən bp rəhbəri şirkətin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işlər haqda məlumat verib. 
 

Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulayaraq, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb. 


bp rəhbəri Cəbrayıldakı “Şəfəq” günəş elektrik stansiyası layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla bp ilə Energetika nazirliyi və bp ilə SOCAR arasında 2022-ci ilin iyununda Şuşada imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Göyçayda güclü yanğın – FOTO

Göyçayda güclü yanğın – FOTO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

Prezidentin açılışını etdiyi məktəbdə onlar da təhsil alıbmış – FOTO

Prezidentin açılışını etdiyi məktəbdə onlar da təhsil alıbmış – FOTO

Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

ABŞ İraqda hərbi hospitala zərbə endirdi – Ölənlər var – VİDEO

ABŞ İraqda hərbi hospitala zərbə endirdi – Ölənlər var – VİDEO

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

End of content

No more pages to load

RADİO