“AirPods Pro 2” və “iPhone SE 3”ün təqdimat tarixi bəlli olub.
Bizim.Media “TomsGuide” saytına istinadən xəbər verir ki, “Apple” şirkəti yeni “AirPods Pro 2” və “iPhone SE 3”ü aprel ayında təqdim edəcək.
Yeni buraxılışlar arasında “iPhone SE 3 plus”un da olacağı qeyd edilir.
“iPhone SE 3 Plus”un dizaynının “iPhone 8 plus”la ilə eyni olacağı deyilir.
Yeni “iPad Pro” və “iPad mini 6”nın isə mart ayında təqdimatı gözlənilir.
Qeyd edək ki, “iPhone SE 2” fotoları keçən il sızdırıldığı üçün bu il “AirPods Pro 2” və “iPhone SE 3”nin görünüşü gizli saxlanılır.
Vüqar Ağamalıoğlu, Bizim.Media