2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklər qəbul edilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə səs çoxluğu ilə qəbul olunub.
Layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan 85 dollara çatırılacaq.
Eyni zamanda, layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması nəzərdə tutulur.
Murad Əhmədov, Bizim.Media