Ukraynadakı vəziyyətə baxmayaraq Azərbaycan bankları hazırda fəal şəkildə hesablaşmaları davam etdirir və onların reallaşmasında ləngimələr yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bankları müştəriləri üçün lazım olan hesablaşmaları vaxtlı-vaxtında yerinə yetirir.
Kredit faizlərindən danışarkən, Z.Nuriyev vurğulayıb ki, bu il faizlərin azaldılması gözlənilir.
Bizim.Media