Avtomobil bazarında BAHALAŞMA – Hansı maşınlara tələbat artıb?

“Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% artıb. Eyni zamanda ötən ay ərzində həm yeni, həm də köhnə avtomobillərin satışında artım müşahidə olunub”.

Bu barədə Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT


Ekspertin sözlərinə görə, hər il yaya doğru avtomobillərə tələbat artır:

“Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər. Yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur”.

Eldəniz Cəfərov hansı avtomobillərə tələbatın artdığını da açıqlayıb:

“Ötən ay birinci əl avtomobil bazarında alıcılar "krossover" və mini "krossover"lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan "sedan" və "heçbek"lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan "krossover"lərdir”.

E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir:

“Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün ilk iki ayında ciddi artım müşahidə olunmayıb. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumilikdə isə payıza qədər avtomobillərin qiymətinin artması gözlənilmir".

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saatlardır qaz kartlarına pul yükləmək olmur

Saatlardır qaz kartlarına pul yükləmək olmur

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Manana KÖVRƏLDİ: “Efirdən ona görə uzaqlaşdım ki…” - VİDEO

Manana KÖVRƏLDİ: “Efirdən ona görə uzaqlaşdım ki…” - VİDEO

Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT – VİDEO

Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT – VİDEO

Naxçıvanda məsciddə YANĞIN

Naxçıvanda məsciddə YANĞIN

Ramil Mənsimov Monteneqroda SAXLANILDI

Ramil Mənsimov Monteneqroda SAXLANILDI

Rusiya şou-biznesində ən çox toyu olan ulduzlar

Rusiya şou-biznesində ən çox toyu olan ulduzlar

PUA-nın hədəfi Putinin iqamətgahı olub - Rusiya yeni faktlar AÇIQLADI

PUA-nın hədəfi Putinin iqamətgahı olub - Rusiya yeni faktlar AÇIQLADI

Qurana and içib mer oldu - Şəhər tarixində ilk – VİDEO

Qurana and içib mer oldu - Şəhər tarixində ilk – VİDEO

Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO

Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO

Polkovnik Şirvanov vaxtından tez azadlığa çıxmaq istəyir

Polkovnik Şirvanov vaxtından tez azadlığa çıxmaq istəyir

Saqqız idxalı AZALIB: Ən bahalı məhsul ABŞ-dən gəlib

Saqqız idxalı AZALIB: Ən bahalı məhsul ABŞ-dən gəlib

Elşən Azərlə sonuncu VİDEOSUNU paylaşdı: “Bir il əvvəl bir yerdə idik…”

Elşən Azərlə sonuncu VİDEOSUNU paylaşdı: “Bir il əvvəl bir yerdə idik…”

Bu avtomobillərin ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Bu avtomobillərin ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

“ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

“ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olundu – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olundu – FOTO

Müharibə dövründə 90 litr qan bağışladı, minlərlə əsgərin həyatını XİLAS ETDİ – Hüsniyyə Hüseynova KİMDİR?

Müharibə dövründə 90 litr qan bağışladı, minlərlə əsgərin həyatını XİLAS ETDİ – Hüsniyyə Hüseynova KİMDİR?

Yanvarın 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Yanvarın 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda minlərlə insan bayramdan imtina etdi

Azərbaycanda minlərlə insan bayramdan imtina etdi

Tarixi dəyişiklik: Artıq sərbəst oxunacaq

Tarixi dəyişiklik: Artıq sərbəst oxunacaq

Qızları olacağını açıqladı

Qızları olacağını açıqladı

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO

“Çelsi”nin baş məşqçisi istefaya göndərildi

“Çelsi”nin baş məşqçisi istefaya göndərildi

End of content

No more pages to load

RADİO