“Ölkədə buğda ehtiyatları formalaşıb” - RƏSMİ 

Azərbaycanda yeni taxılçılıq mövsümünə qədər buğda ehtiyatları formalaşıb. 
 
Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri var:

"Həmçinin, digər ərzaq ehtiyatları var". 

F. Fikrətzadə bildirib ki, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir:

"Bu ümumi buğda ehtiyatları balansı baxımından 40 % idxaldan asılılıq deməkdir. Amma un emalı sənayesinin tələbatına görə idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalı sənayemizin emal etdiyi buğdanın 75 %-i idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir. 

Düzdür, 2021-ci ildə dünya bazarında olan məhdudiyyətlərdən dolayı ölkənin idxalı müəyyən qədər azalıb. Bizim gözləntimiz budur ki, idxal mənbələrində təchizatda olan problemlər bizim un emalçılarını yerli istehsala yönəldəcək. Biz dünyanın ən böyük buğda ixrac edən ölkələrin daxil olduğu regionunda yerləşirik. Bu gün Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i Rusiya hesabına təmin edilir. Emalçılar üçün Rusiyadan buğda almaq iqtisadi baxımdan ən səmərəli model idi". 

F. Fikrətzadə vurğulayıb ki, Azərbaycanda kiçik və orta fermerlərin üstünlük təşkil etdiyi bir şəraitdə, bir emal müəssisəsi 10 min ton buğdanı ölkədə tədarük etmək üçün min fermərlə razılaşma əldə etməli idi:

"Amma Rusiyada hər hansı bir təsərrüfatdan yüz min ton buğdanı ala bilirdi, ən ucuz logistika ilə ölkənin un emalçıları Rusiyadan buğdanı alırlar. Rusiya buğda ixracına görə tətbiq etdiyi qiymətlər birja qiymətlərindən aşağıdır. 

Emalçılar ən yaxşı təchizat mənbəyini Rusiyada görürdü. Bizim fermerlərimiz istehsal etdikləri buğda ilə heyvandarlıq təsərrüfatlarını təmin edirlər. Yəni, elə bir mühit formalaşmışdı ki, nə bizim fermerlərimiz dəyirman axtarmırdılar, emalçılar da fermer axtarışında deyil. Lakin yeni dövr qarşımıza yeni çağırış qoyub". 

O, ölkədə buğda idxalını azlatmaq üçün vacib olan məqamları açıqlayıb: 

"Bunun üçün yalnız iri taxılçılıq təsərrüfatlarını səfərbər etməliyik. Bəzən belə ifadə səslənir ki, biz 500 min hektarda buğda əkirik. Niyə özümüzü təmin edə bilmirik? Dünyada Rusiya, Ukrayna, Qazaxıstan, Avstraliya, Kanada kimi ölkələr taxıl ixrac edir. Bu ölkələrin orta hesabla torpaq əkini strukturu belədi ki, Avstraliyada taxıl əkilən sahələr 4 min hektardan başlayır. Rusiyada orta hesabla 1 000 hektardan başlayaraq sahələrdə taxıl əkilir. Taxılçılıq təsərrüfatları böyük olmalıdır. Bizim taxılçılıq üzrə yerli xüsusiyyətlər ondan ibarətdir ki, bizdə 1996-1998-ci ildə sosial ədalət prinsipinə uyğun olaraq torpaq islahatı aparılıb. Ölkədə ortalama taxıl üzrə əkin sahəsi 1,85 hektardır. Ona görə də strateji hədəf iri taxılçılıq təsərrüfatlarının yaradılmasında görürük. Dövlət üçün iri taxılçılıq təsərrüfatları maraqlıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

End of content

No more pages to load

RADİO