Dünya Bankının (DB) Direktorlar Şurası Ukraynaya 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi verilməsinə dair qərar qəbul edib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
“Bu məbləğ Dünya Bankının Kiyevə göndərmək niyyətində olduğu 4 milyard dollarlıq yardım paketinin bir hissəsidir. Bu vəsaitlərə Böyük Britaniya, Hollandiya, Litva, Latviya və bir sıra digər ölkələrin verdiyi kredit zəmanətləri daxildir” – deyə bəyanatda qeyd edilib.
Bizim.Media