“Şuşa Yaşıl Enerji Zonasının mərkəzinə çevrilir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində yazıb.
“Şuşa ili”ndə Şuşa şəhərində enerji tədbirinin keçirilməsi qürurvericidir”, - nazir bildirib.
Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya keçirilir.
Bizim.Media