“Azad olunan ərazilərdə əvvəl faydalı qazıntı yataqlarının istismarında xarici şirkətlər yaxından iştirak edib”.
Bizim.Media xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
“Bu şirkətlər Hindistan, ABŞ, Kanada, Rusiya və digər ölkələrə aiddir. Hazırda zərərin qiymətləndirilməsi işləri gedir. Rəqəmlər əldə edildikdən sonra beynəlxalq hüquq çərçivəsində Ermənistana qarşı təzminat davası açıla bilər” – deyə Əli Əliyev qeyd edib.
Bizim.Media