“Hazırda Azərbaycanda 1 100-dən çox faydalı qazıntı yatağı var”.
Bizim.Media xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
“Bura minə yaxın qeyri-filiz yataqları, 114 yeraltı termal, içməli su yataqları daxildir. Kəşfiyat işlərinin aparılması üçün hər bir dövrün öz tələbləri var. Kəşfiyyat işlərində yeni texnologiya və innovasiyalardan istifadə edilir” – deyə Əliyev qeyd edib.
Bizim.Media