İndiyədək Trans-Adriatik Kəməri (TAP) vasitəsilə Avropaya 12 mlrd. kubmetrdən çox qaz nəql edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edən TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib.
O bildirib ki, Azərbaycan qazının TAP ilə nəqli sayəsində İtaliyanın qaza olan ehtiyacının 10 faizi, Yunanıstanın isə ehtiyacının 17 faizi təmin edilib.
L.Şippati qeyd edib ki, hazırda TAP-ın nəqletmə qabiliyyətinin artırılması istiqamətində danışıqlar aparılır:
“Hesab edirəm ki, şərtləri müəyyən etmək və bunun necə ediləcəyini müəyyənləşdirmək üçün bu işlər davam etdirilməlidir”.
Bizim.Media