Azərbaycandan Rusiyaya tərəvəz, meyvə və giləmeyvələrin çatdırılması daha da sürətlənəcək, logistik xərclərin dəyəri isə təxminən 30% azalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Life Shot” “Telegram” kanalının əldə etdiyi sənəddən məlum olur.
Bildirilir ki, bu, gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilmiş formatı və sərhəddə yeni “Xudat” logistika mərkəzinin tikintisi sayəsində mümkün olacaq.
Fotoda Azərbaycanla sadələşdirilmiş dəhliz layihəsinə dair Federal Gömrük Xidmətindən Rusiyanın müxtəlif idarələrinə göndərilmiş sənəddən skrinşot əks olunub.
Bizim.Media