Bakı Expo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin ikinci günü işinə başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib: 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.
Qeyd edək ki, İyunun 1-dən 4-dək davam edəcək sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək.
Bizim.Media