Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Azərbaycana məxsus 29 milyard kubmetr təbii qaz nəql edilib.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, həmin həcmin 6,8 milyard kubmetri bu ilin payına düşüb. 2021-ci ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın nəq edilməsi nəzərdə tutulub.
Nazir həmçinin əlavə edib ki, bu il Avropaya 10 milyard kubmetr "mavi yanacaq" ixrac planlaşdırılır.
Bizim.Media