Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Qoşqar Kredit İttifaqı" tam ortaqlığının lisenziyası ləğv olunub.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 41-ə çatıb.
Qeyd edək ki, "Qoşqar Kredit İttifaqı" 2005-ci ildə, Gəncə şəhərində yaradılıb. Onun nizamnamə kapitalı 4 000 manatdır.
Bizim.Media