İstehlaka yararsız qida məhsulları məhv edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, “Foodini” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi 3171.54 kq müxtəlif növ qida məhsulları məhv edilib.
Proses “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda həyata keçirilib.
Bizim.Media