İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə artıq başlanılıb.
Bizim.Media bildirir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, nazirlik "Azərkosmos" ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqlarda çoxillik əkinlərin peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb.
"Bu il nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək", - nazir bildirib.
Bizim.Media