İşğaldan azad edilmiş ərazilərlə bağlı YENİ PLANLAR açıqlandı

BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) kapitallı şirkət olan "Expert Services FZE" MMAZM tərəfindən Ağdam Sənaye Parkının 1,2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları gələcəkdə bölgənin sənaye potensialının inkişaf etdirilməsində və doğma yurd-yuvasına qayıdacaq soydaşlarımızın işlə təmin edilməsində mühüm rol oynayacaqlar.

"2021-ci ilin 28 mayında dövlət başçısının Fərmanı ilə 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkında işlər mərhələli şəkildə və plana uyğun olaraq həyata keçirilir. Sənaye Parkının ərazisi tam olaraq minalardan və partlamamış sursatlardan təmizlənib, mobil tipli şəhərcik yaradılıb. Mobil şəhərcikdə rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana təşkil edilib, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb", - deyə E.Nuriyev bildirib.

Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, hazırda parkın 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

"Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri həyata keçiriləcək. Yaxın günlərdə Sənaye Parkında infrastrukturun qurulması işlərinə başlanılacaq", - deyə E.Nuriyev bildirib.

Onun sözlərinə görə, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının hazırda bir rezidenti var.

"2021-ci ilin 4 oktyabrında yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın ərazisi minalardan tam təmizlənib. Hazırda Sənaye Parkında rezidentlər üçün mobil tipli şəhərciyin qurulması istiqamətində işlər görülür, işlərin yaxın müddətdə yekunlaşdırılması planlaşdırılır", - deyə E.Nuriyev əlavə edib (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

End of content

No more pages to load

RADİO