Baş nazirin yeni qərarı hansı rüsumları ləğv edib? - İZAH

Xəbər verdiyimiz kimi, mayın 24-də Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.

Sözügedən qərarın verilməsi isə ictimaiyyətdə müəyyən çaşqınlıq yaradıb. Belə ki, bir çoxları tərəfindən bu qərar ölkəyə gətirilən mobil telefonlar üçün rüsumun ləğv edilməsi kimi başa düşülüb.

Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz öz sosial şəbəkə hesabından məsələyə aydınlıq gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bəzi dövlət rüsumları LƏĞV EDİLDİ


Onun sözlərinə görə, rüsum ləğv edilməyib: 

“Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb. Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i  Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.

Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib”.

Nazirlər Kabineti tərəfindən verilən izahda da qeyd olunub ki, “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklə həmin qanunda nəzərdə tutulan xidmətlərə görə ödənilən dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi müəyyən edilib. 

Bir sözlə Nazirlər Kabinetinin qərarı müvafiq qanunlarla uyğunlaşdırma xarakteri daşıyır və mobil telefonlar üçün rüsumların məbləğində hər hansı dəyişiklik qərarda öz əksini tapmayıb. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO

Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

"Yekə dodaq sevirəm, alt dodağımı yenə ŞİRŞİRDƏCƏYƏM"

"Yekə dodaq sevirəm, alt dodağımı yenə ŞİRŞİRDƏCƏYƏM"

Sumqayıtda “Volkswagen” yük avtomobili YANDI

Sumqayıtda “Volkswagen” yük avtomobili YANDI

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kamal Umudlu Slovakiya - İngiltərə oyununun baş hakimi olacaq

Kamal Umudlu Slovakiya - İngiltərə oyununun baş hakimi olacaq

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Minaya düşən şəxsin SON DURUMU

Minaya düşən şəxsin SON DURUMU

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

Ələt–Astara magistralında ağır qəza: Xəsarət alanlar var - FOTO

Ələt–Astara magistralında ağır qəza: Xəsarət alanlar var - FOTO

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

"Telegram"da ilk hədiyyə hərracı keçirildi

"Telegram"da ilk hədiyyə hərracı keçirildi

“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi birmənalı qarşılanmadı - VİDEO

“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi birmənalı qarşılanmadı - VİDEO

ŞOK: Xəzər dənizi 36 min kvadrat kilometr ərazini itirib

ŞOK: Xəzər dənizi 36 min kvadrat kilometr ərazini itirib

Ağdərə rayonunda mina partladı: Yaralı var

Ağdərə rayonunda mina partladı: Yaralı var

End of content

No more pages to load

RADİO