Yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 635 milyon 241 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 102 milyon 647 min dollar çoxdur.
Dörd ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 120 milyon 674 min dollar olub.
Bizim.Media