“Sahibkarlar, biznesmenlər gənclərin tərbiyəsini pozurlar” - Azərbaycan gənci niyə işsiz qalır? 

Azərbaycanda tələbə və gəncləri rəsmi şəraitdə, əmək müqaviləsi və normal əməkhaqqı ilə təmin edən yarımştat işlər demək olar ki, yoxdur. Könüllülük və təcrübə proqramları altında minlərlə gənc istismar edilir. Bir qədər şanslı gənclər də 100-150 azn maaşlı vakansiyalarla barışmalı olurlar. Göstərilən məbləğ isə rayondan gəlmiş, Bakıda tək yaşayan və ya işləmək məcburiyyətində olanlar üçün gündəlik qida, nəqliyyat, eləcə də kommunal ehtiyaclarını qarşılamır.

Politoloq Cümşüd Nuriyev Bizim.Media-a açıqlamasında bildirib ki, hazırda bir müəllim kimi tələbələrin yaşadığı problemlərlə iç-içəyəm.

İşləmək məcburiyyətində olan tələbələrlə formalaşan əmək münasibətlərində qüsur var: 

“Mən dərs dediyim tələbələrdə görürəm ki, bu uşaqlar həm işləməli, həm də oxumalıdır. Gənclərə verilən əməkhaqqı da çox aşağıdır. Bəzi sahibkarlar həddən artıq görməmişlik edirlər, gənclərə imkan vermirlər. Gənclər müxtəlif şadlıq sarayları, restoranlar, barlar, kafelərdə işləmək məcburiyyətində qalırlar”.

Ekspert sahibkarlar, biznesmenlərin eyni zamanda gənclərin tərbiyyəsini də pozduğunu bildirib:

“Milli dəyərləri çox aşağılayırlar ki, bu yolveriləsi hal deyil. Bununla Nazirlər Kabineti məşğul olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Təhsil nazirliyi ilə birgə bu proqram hazırlanmalıdır. Oxuyan gənclərin bu və ya digər formada işlə təmin olması həyata keçirilməlidir”.

Cümşüd Nuriyev başqa bir məqama da toxunub, qeyd edib ki, universitet qutaran gəncləri heç kəs işə götürmür, deyirlər təcrübən yoxdur:

“Bəs bu nə zaman əmək təcrübəsi qazanmalıdır? Müəyyən yaşdan da sonra deyirlər ki, sən artıq qocalmısan. Elə bil ki, bu insanlar nə gənc vaxtı heç kəsə lazım deyil, nə də 50 yaşdan sonra. Bu ölkədə 35 yaşına kimi deyirlər gəncsən, 50-dan sonra da deyirlər qocalmısan. Cəmi 15 il işləməklə insan heç bir problemini həll edə bilmir. Nə pensiya, nə digər problemləri...”

Politoloq müəllim vurğulayıb ki, əslində bu problemin həllində xüsusi proqrama ehtiyac var. Gəncləri təcrübə qazanmaq üçün işlərə cəlb etmək lazımdır, sadəcə bir necə gənci layiq oldu, olmadı vəzifəyə gətirməklə “gəncləşdirmə” siyasəti olmaz: 

“Orta təbəqə gənclik geniş şəkildə işlə təmin olunarsa, gəncləşmə və təcrübəli kadrların yetişməsi baş verəcək. Bu siyasətin əsası qoyulub, var, amma yerlərdə məmurlar bunu davam etdirmirlər. Bir neçə “plakat nümunə” göstərməklə gəncləşmə olmur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Mədəniyyət nazirliyi, Gənclər və İdman nazirliyi, Dövlət Turizm Agentliyi, bu tip nazirlik və komitələr, həmçinin digər Nazirlər Kabinetinin nəzdində olan agentliklər bu məsələyə fikir verməlidir. Bu sahədə ən yaxşı təcrübə ASAN Xidmətdədir, amma könüllülük də müəyyən həddə qədərdir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO