Kazanda İƏT gənc sahibkarlarının VIII Beynəlxalq Forumu keçirilib - FOTO

Tatarıstanın paytaxtı Kazan şəhərində bu gün Tatarıstan Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) və Tatarıstanın aparıcı gənclər təşkilatı “Sələt” Gənclər Fondunun birgə təşkilatçılığı ilə iki gün davan edən İƏT ölkələri Gənc Sahibkarların ənənəvi beynəlxalq VIII Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri moderator qismində açılışını edən Mixail Vanyuşin qonaqları və iştirakçıları salamlayıb, sözü  İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayxana verib.

T.Ayxan, eləcə də Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş Direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Rosmolodyoj Biznesin rəhbəri Aleksey Rvaçev bu platformanın İƏT ölkələrində gənclər üçün layihə təqdim etmək və investisiya əldə etmək baxımından unikallığını xüsusi qeyd ediblər.
Forumun plenar sessiyasında İƏT ölkələrində uğurlu biznesin qurulması mövzusu ətrafında Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının prezidenti Həsən Bəsri Kurt, Azərbaycan SABAH.lab-ın Baş İcraçı Direktoru Rəhim Bayramlı (onlayn formatda), KOBİA (Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı agentliyi) nümayəndəsi Anar Yusufzadə Beynəlxalq Sahibkarlıq üzrə məsləhətçi Ziad Baruni və EjadLabs-ın Baş İcraçı Direktoru Arziş Azam ekspert qismində treninq proqramları ilə çıxış ediblər. Sonra iştirakçıların sualları cavablandırılıb. 

Daha sonra tərəfdaş sessiyasında Tatarıstan Respublikası İnvestisiya və Vençur Fondunun nümayəndəsi Adel Gilaziyev, Sabah.lab-ın icmalar üzrə meneceri Talifə İsgəndərli və Rosmolodyojun Beynəlxalq Departamentində Gənc layihələr və proqramlar sektorunun rəhbəri Valeria Çernoqorodova təmsil etdikləri qurumlar haqqında təqdimatla çıxış ediblər. 

Ümumilikdə, Foruma bir aylıq hazırlıq mərhələsində tədbir üçün 35 ölkədən 150-yə yaxın startap qeydiyyatdan keçib.

Bir ay ərzində onlayn formatda 20 ölkəni təmsil edən 50 startap layihəsi müəllifi olan gənc sahibkar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ekspert və mentorların keçirdiyi təlimlərdə iştirak edərək müvafiq biliklər əldə ediblər.
Onlardan Indoneziya, Pakistan, Malayziya, Azərbaycan, Nigeriya, İordaniya, bütövlükdə 15 ölkəni təmsil edən ən yaxşı 33 startap layihəsi isə investisiya sessiyasının  “Demo günü” deyilən final mərhələsinə seçiliblər.

Bu mərhələdə startapçılar investorların iştirakı ilə öz layihələrinin təqdimatını keçiriblər və maraqlanan investorlarla əlaqə yaradıblar.

VIII Beynəlxalq Kazan Forumunun bağlanış mərasimində Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayxan, Forumun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təbrik nitqləri ilə çıxış edərək, uğur qazanmış layihə müəlliflərini təbrik ediblər, eləcə də tədbirin vacibliyini qeyd ediblər.

Azərbaycan təcrübəsinin bölüşüldüyü və müzakirə edildiyi tədbirin sonunda üç qalib startap layihəsinə İƏT Gənclər Forumu ARM tərəfindən investisiya vəsaitinin ayrılması elan edilib.

Tatarıstanın Gənclər İşləri üzrə naziri Timur Süleymanov çıxış edərək Kazanda keçirilən İƏT Gənc Sahibkarlar Forumunun əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığın davam edəcəyini bildirib.
Qeyd edək ki, 2014-2021-ci illər ərzində Kazan Forumunun fəaliyyəti nəticəsində 50 ölkəni təmsil edən 1000-dən çox gənc sahibkarın biznes fəaliyyəti üçün 2 milyon dollardan çox investisiya vəsaiti cəlb edilib.

Bizim.Media























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO