Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi "Azərbaycan qazının Avropaya nəqli"ni yaxşı xəbər adlandırıb.
Bizim.Media-nın xəbərinə görə, Aİ Komissarı bu barədə “Twitter”də paylaşım edib.
“İlə başlamaq üçün yaxşı xəbər! Artıq TAP boru kəməri Azərbaycandan Avropaya təbii qaz nəql etməyə başlayıb. Cənub Qaz Dəhlizi hazırda fəaliyyət göstərir və biz onun Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmağa çox maraqlıyıq”, - deyə O. Varhelyi qeyd edib.
Bizim.Media