26 fevral 2020-ci ildən bəri ilk dəfə Brent markalı neftin bir barelinin qiyməti 54 dollardan yuxarı qalxıb.
Bizim.Media xəbər verir ki, bu da bir gün əvvəl OPEC + razılaşmasının əldə edilməsindən sonra mümkün olub.
Mənbə yazır ki, Brentin mart fyuçersləri bu gün səhərə yaxın 0,92% bahalaşaraq 54,02 dollara qalxıb.
WTI neftinin fevral fyuçersləri 0,4% yüksələrək 50,12 dollar olub.
RİA Novosti agentliyi bunu ticarət məlumatlarına istinadən yayıb.
Xatırladaq ki, OPEC + ölkələri dünya neft hasilatının tarazlaşdırılması barədə uğursuz cəhddən sonra dünən 2021-ci ilin fevral və mart ayları üçün razılaşma şərtlərinə dair razılığa gələ biliblər.
Bizim.Media