“Azərbaycanın neft gəlirlərindən asılılığını azaltmaq üçün daha 2-3 il lazımdır” - EKSPERT

“Qeyri-neft sektorunun indiki səviyyəsi iqtisadi inkişafımızın dayanıqlığını kövrək şəkildə təmin edir. Ümumi ixracatda qeyr-neft sahəsinin payı 30 faizə çatdıqda isə, bu dayanıqlıq daha möhkəm əsaslarla təmin ediləcək”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov neft ixracının azalması fonunda qeyri-neft sektorunun inkişaf səviyyəsinin Azərbaycanda iqtisadi inkişafın davamlılığını təmin etməyə qadir olub-olmadığına aydınlıq gətirərkən deyib:  
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


“Öncə qeyd edim ki, OPEK+ formatında hasilatın azalması ixracın azalması ilə yanaşı, qiymətlərin bahalaşmasına da səbəb olur. Belə olan halda Azərbaycanın gəlirləri əslində ciddi şəkildə azalmayacaq. Hətta bəzi hallarda ixrac azalsa da, qiymətin bahalaşması hesabına gəlirlərimiz arta da bilər. Amma neft gəlirlərimiz kəskin şəkildə azalsa, qeyri-neft sektoruna tam keçid daha çətin olacaq. Çünki həmin keçidi məhz daxili imkanlar hesabına sürətləndiririk. Azərbaycan üçün maliyyə dayanıqlığı hava su kimi lazımdır ki, xaricdən gələn investisiyaları lazım gələndə öz xeyrimizə dəyərləndirə bilək”. 

Ekspertin sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun ölkənin iqtisadi inkişafının davamlılığını tam təmin etməsi üçün daha 2-3 ilə ehtiyac var: 

“Ölkəmizin iqtisadi baxımdan indiki vəziyyəti, neft ixracının azalması fonunda belə qeyri-neft sektorunun inkişaf səviyyəsi iqtisadi inkişafımızın davamlılığını təmin etməyə birmənalı olaraq qadirdir. Sadəcə olaraq tam düz yola çıxmağımız üçün daha 2-3 il zaman lazım olacaq ki, artıq dayanıqlı şəkildə qeyri-neft sektorundan gələn gəlirlərimizi dinamik artıra bilək.

İndilikdə bu istiqamətdə irəliləsək də, hələlik vəziyyət çox kövrəkdir. İstənilən hal azalma da baş verə bilər. Adicə Rusiyada yaranan vəziyyət Azərbaycanın ixrac potensialında problemlər yaradıb. Ona alternativ bazar tapa bilmirik. 


Hələlik ümumi ixracımızın potensialımızın 90 faizi neft sektorunun payına düşür. Deməli, qeyri-neft sektorunun bu müstəvidə payı 10 faizə bərabərdir. Həmin rəqəm ən azından 30 faizə qalxsa, artıq qeyri-neft sektorunun inkişaf səviyyəsinin iqtisadi inkişafımızın davamlılığını daha ciddi şəkildə təmin edəcəyindən danışa bilərik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO