"Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədə olacağını, hədəfin yuxarı həddinə doğru yaxınlaşacağını göstərir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir".
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.
AMB-nin inflyasiya proqnozunun 4+-2% olduğunu diqqətə çatdıran V.Əhmədov fikrini belə yekunlaşdırıb: "Yuxarı hədd dedikdə 6% nəzərdə tutulur, amma ortamüddətli dövrdə 4%-ə yaxınlaşacağını düşünürük".
Bizim.Media