Cari ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 10 milyard 769,6 milyon kubmetr qaz nəql edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, qazın nəqlinin 46,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 milyard 26,1 milyon kubmetr qaz ötürülüb.
Bizim.Media