2020-ci il iyun ayından bu il aprelin 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 mln. manat subsidiya ödənilib.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 290 müraciətdən 5 010-u üzrə müsbət qərarlar qəbul edilib.
“Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 mln. manat olub”, - paylaşımda bildirilir.
Bizim.Media