Ötən həftə “Bizim Barrel”in başına gələnlər - İlham Şabanın təqdimatında

Qlobal bazar. Yola saldığımız həftə bazar iştirakçılarının diqqəti Amerikaya yönəlmişdi. Çərşənbə günü ABŞ Enerji Administrasiyası açıqladı ki, ölkədə kommersiya neft ehtiyatları 8 milyon bareldən bir qədər çox  azalaraq 413 milyon barrelə enib. Baxmayaraq ki, proqnoz edilirdi ki, neft ehtiyatları 3 milyon barel artacaq. 

Bazar elə bil bu xəbərin açılmasına bənd imiş. O saat qiymətlər artıma doğru getdi. Təsəvvür edin ki, 104 dollardan 109 dollara qədər bir yüksəliş.

Ancaq bahalı neft onun bazarda istehlakının artımı demək deyil. Çünki neft bazarındakı qiymət artımı qlobal iqtisadi canlanma tempinin aşağı düşməsi gözləntiləri ilə məhdudlaşır.
 

MÖVZU İLƏ BAĞLI:

Neft üzrə hesabatlar niyə uyğun gəlmir? – Gömrük Komitəsinin YANLIŞLIQLARI


Elə bu səbəbdən də Beynəlxalq Valyuta Fondu 2022-ci il üçün dünya iqtisadiyyatının inkişaf tempi ilə bağlı əvvəl veridiy proqnozlarına dəyişiklik edib. Özü də neqativ ssenaridə. Fondun ekspertləri cari ilin yanvarında verdikləri 4,4%-lik qlobal iqtisadi artım proqnozunu bu həftə 3,6%-ə qədər azaldıblar, o cümlədən 2023-cü il dünya iqtisadiyyatının 3,8%-lik artım tempini 3,6%-ə qədər korrektə ediblər. 

Yəni buradan görünən odur ki, dünya iqtisadiyyatı ötən il COVİD-19 pandemiyasının təsirlərindən təzəcə özünə gəlmişdisə və gələcək illər üçün özündə irəliləməyə yeni enerji əldə etməyə hazırlaşırdısa, Rusiya-Ukrayna müharibəsinin fəsadları ilə yenidən yerində saymağa başlamalı olacaq. Çünki gələn il üçün də Beynəlxalq Valyuta Fondu bu gündən baxanda hələ ki, nikbin bir nəticələr görmür. 

Qənaət. Diqqətinizi bu həftə okeanın o tayından gələn maraqlı bir xəbərə yönəltmək istərdim. Beynəlxalq Enerji Agentliyi (IEA) Rusiyadan yanacaq asılılığını azaltmaq üçün avropalılara ictimai nəqliyyata keçməyi və ya evdən daha çox işləməyi tövsiyə edib. BEA ekspertlərinin fikrincə, təklif edilən variantlar Rusiya nefti və qazına alternativ tapılana qədər Avropanın bu ölkədən yanacaq asılılığını azalda bilər.

Qeyd edim ki, evdən işləmək məsələsi də sadəcə tövsiyyə kimi gündəmə gəlməyib. Əgər Amerika Birləşmiş Ştatlarında pandemiyadan əvvəl 11 milyon insan evdən işləyirdisə, indi bu rəqəm 30 milyondan artıqdır. 

Elə Azərbaycanda da bu təcrübə artıq işləyir. Özü də müsbət effekti var. Məsələn, Azərbaycanın neft-qaz sektorunun flaqmanı sayılan bp-Azərbaycan şirkəti pandemiya dövründə tətbiq edilən “evdən işləmə” sxemini hazırda sadələşdirsə də, amma ondan imtina etməməyi qərara alıb.

Belə ki, əvvəllər həftənin 5 günü işləyən ofis işçiləri hazırda növbəli şəkildə yalnız 3 gün ofisə gəlir, digər günləri isə distansion işləyirlər. Nəticədə, bp-Azərbaycan şirkəti nəinki xeyli enerjiyə qənət etməli olur, həm də icarəyə götürdüyü binanın 3 mərtəbəsindən də imtina edərək maliyyə vəziyyətini yaxşılaşdıra bilib.  

Neft. 2022-ci ilin I rübündə Azərbaycanda 8 mln 323,4 min ton əmtəəlik neft və kondensat hasil edilib. Rüb ərzində hasilat 476,1 min ton azalıb. SOCAR-ın hesabatına nəzər yetirsək, görərik ki, hasilatda azalma demək olar ki, yoxdur.
Bu, əsasən “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku heasabına baş verib. 

Amma buna baxmayaraq “Azəri-Çıraq-Günəşli”dən dövlətin rüb ərzində əldə etdiyi mənfəət xeyli artıb. Bunun üçün Dövlət Neft Fondunun açıqladığı hesabata nəzər yetirək. 

Neft gəlirləri. Demək, Azərbaycanın maye karbohidrogen hasilatının rüb ərzində 5,4% azalmasına baxmayaraq Neft Fondumuzun neft bə qaz satışından əldə etdiyi mənfəət bu ilin yanvar-martında $1 mlrd 264 mln artaraq $2 mlrd 262,2 mln təşkil edib. Manat ifadəsində isə bu göstərici 3 mlrd 845,6 mln manatdır.

Neft Fondunun hesabatında isə rüblük gəlir 2 mlrd 955,9 mln manat göstərilib. 

İstənilən şəxs soruşa bilər ki, fondun gəlirində neft-qaz satışı əsas gəlir maddəsi olduğu halda, onda ümumi gəlir neft-qaz göstəricisindən necə az ola bilər? Cavabı sadədir. 

Fondun hazırkı hesabatlılığı onun 2001-ci ildən bu yana açıqladığı rüblük hesabatlar içərisində ilk dəfə statistik manipulyasiya üzərində qurulub.

Məqsəd isə aktivlərin dəyərindəki azalmanı göstərməkdən qaçmaq üçün investisiya alətlərinin bazar dəyərindəki 1 mlrd. dollar itkini cari büdcə gəlirlərindən çıxaraq təqdim ediblər. İndi daha anlaşılan şəkildə izah edim: təsəvvür edin ki, siz 30 il ərzində çalışıb 200 min manat dəyərində bir mənzil almısınınız. Tutaq ki, illik qazancınız da 50 min manat olub və qəfil bazar dalğalanmasından əmlakınızın dəyəri 50 min manat azalıb. İlin sonunda siz illik cari qazancınızdan həmin itkini çıxıb qonum-qonşuya deyirsiniz ki, mən bu il ümumiyyətlə heç nə qazanmamışam.

Nəticədə, 2022-ci il martın 31-ə Dövlət Neft Fondunun aktivləri 2022-ci ilin əvvəlinə nisbətən 0,53% artaraq 45 mlrd 264 milyon dollar təşkil edib. 
Maraqlı fakt nədir: bir rübə illik neft-qaz satışı üzrə proqnoz edilən gəlirin 45%-i əldə edilib və bunda da AÇG-nin gətirdiyi gəlirlər xüsusilə seçilib. 

2022-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Neft Fonduna daxilolmalar 1,9 dəfə artaraq 1 milyard 866 milyon dollar təşkil edib. Ümumiyyətlə, 2001-ci ildən 2022-ci il aprelin 1-dək AÇG-dən Neft Fonduna gələn gəlir gəlir 157 mlrd 239 mln dollara qədər yüksəlib.

Bundan əlavə, 2022-ci ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından Neft Fonduna daxilolmalar 12,3 dəfə artaraq 359,1 mln dollara çatıb.

“Şahdəniz” yatağından hasil edilən və dövlətə çatan mənfəət qaz və kondensatın satışından gələn gəlirlər isə 2007-ci ildən 1 aprel 2022-ci ilə qədər 4 mlrd 911 mln dollar təşkil edib.

Proqnoz. Yəni bu deyilənləri necə yekunlaşdıra bilərik. Azərbaycanda neftin hasilatı bundan sonrakı rüblərdə də azalmaqda davam edəcək, qaz həcmləri isə artacaq, qazın artımı kondensatın artımına da səbəb olacaq ki, neft hasilatının azalmasının bir qədər kompensasiya edər. Gəlirə təsir edən əsas amil isə qiymətlərdir.
Böyük ehtimalla neft qiymətləri yüksək həddə ticarət edilməkdə qalacaq. Hazırda avqust ayının fyuçers qiymətləri Brent markalı neft üçün 105 dollar ətrafındadır. Bu isə 8-ci ay deməkdir.

Demək, beynəlxalq enerji qurumlarının proqnozları – hansılar ki, cari il qiymətlərinin ötən ilki 71 dolları 50% ötməyə hesablanıb – özünü doğrultmağa yaxındır, yəni 100 dolları aşan bir qiymət. Belə olan halda Neft Fonduna neftin orta qiymətinin 50 dollar üzrə nəzərdə tutulduğu kimi 5 mlrd dollar deyil, bundan 7 mlrd dollar çox vəsaitin gəlməsi gerçəkləşər.

Bu isə Azərbaycan hökumətinə valyuta ehtiyatlarını artırmağa, manatın kursunu stabil saxlamağa, həm dünyadakı təlatümlü iqtisadi-siyasi vəziyyət zamanı məqbul makroiqtisadi göstəricilərə nail olmağa, həm də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərini daha böyük sürətlə aparmağa imkan yaradar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO