Bu ilin ilk rübündə Azərbaycanda sənaye zonaları tərəfindən 662,7 mln. manat dəyərində məhsul satılıb və bu məbləğin 304,1 mln. manatı ixracın payına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir əlavə edib ki, sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb.
Bizim.Media