Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti 20-ci iclası gələn həftə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, həmin iclasa hazırlıq müşavirəsi bu həftə keçiriləcək:
“Tədbirin gündəliyi genişdir. Birgə fəaliyyət planımız var. İclas iştirakçıları əməkdaşlığın müxtəlif sahələrini müzakirə edəcəklər”.
Bizim.Media