Neft üzrə hesabatlar niyə uyğun gəlmir? – Gömrük Komitəsinin YANLIŞLIQLARI

Birinci rübün nəticələrinə görə, neft ixracı üzrə heç də anlaşılmayan rəqəmlər ortaya çıxıb. Niyə Gömrük statistikası ilə məntiqə sığmayan bir nəticələr əldə edilib? 

Gəlin hökumətin ictimaiyyət üçün açıqladığı digər statistik rəqəmlərlə müqayisə edək. Başlayaq Gömrükdən.

Onun statistikasına görə, Azərbaycan 2022-ci ilin 1-ci rübündə 5 mln 587,5 mn ton neft ixrac edib. Və bu zaman əgər yanvarda ixrac həcmləri 3 mln 505,6 min ton idisə, martda bu göstərici heç milyon tona belə çatmayıb - daha dəqiq ifadə etsək, 987,1 min ton təşkil edib. 

İndi diqqət edək Dövlət Statistika Komitəsinin aylıq hesabatlarına: yanvarda ölkədə əmtəəlik neft və kondensat hasilatı 2 mln 886,3 min ton, fevralda - 2 mln 561,5 min ton, martda isə 2 mln 875,6 min ton təşkil edib. Yəni rübün əvvəli və sonuncu aylarında azalma həcmi cüzidir. 

Çox təəssüf ki, bu gün aprelin 19-dur və SOCAR 2022-ci ilin ilk rübü ilə bağlı hesabatını ictimailəşdirməyib. SOCAR-da islahatlar başlamazdan öncə daha operativ məlumat yayırdılar.

Onun hesabatı ona görə vacibdir ki, rüb ərzində emal edilmiş həcmlərin dəqiq göstəricilərini görmək mümkün idi və hasilatdan emal həcmlərini çıxmaqla, ölkə rezervuarlarında qalan xam nefti nəzərə almaqla dəqiq ixrac həcmlərini müəyyənləşdirmək və Gömrük Komitəsinin bəyan edilmiş neft həcmləri ilə tutuşdurmaq olardı.

Amma SOCAR-ın məlumatları olmadan da REAL ixrac məlumatlaını əldə etmək mümkündür. 

Yenə müraciət edirik Dövlət Statistika Komitəsinin hesabatlarına: Düzdür, orada bununla bağlı rüblük məlumat olmasa da, amma ilk iki ayın nəticələri var. Belə ki, yanvarda faktiki ixrac edilən neft və kondensatın həcmi 2 mln 312,3 min ton, fevralda isə 2 mln 105,8 mln ton təşkil edib. 
Yəni yanvarda Dövlət Gömrük Komitəsi real ixracdan 1 mln 193,3 min ton çox nefti rəsmiləşdirib, fevralda isə real ixracdan 710,9 min ton az həcmdə neftin dəyəri hesaba daxil edilməyib. 

Məsələnin mahiyyəti ondadır ki, Gömrük Komitəsi cəmiyyət tərəfindən ona daim olan inamsızlıq hislərini azaltmaq meylində deyil. 

Bu gösyəriciləri mən ekspert olaraq açıb göstərirəm ki, yəni məsələ heç də oğurluqda deyil, sadəcə, yanvarda ötən ildən rəsmiləşdirilməmiş həcmlər və onların dəyəri əlavə edilib. Sonrakı aylarda isə neft ixrac edən şirkətlər hesabatlıqlarını adətən gecikdirdiklərinə görə kəskin azalma yaranıb.
 

Amma bu kimi halları DGK çox sadə yolla aradan qaldıra bilər. Necə ki, 2014-cü ilə qədər neft və qaz ixracı bölümündə sayğacların göstərişi əsasında nəinki hər bur marşrut üzrə borularla, hətta vaqon-sisternlərlə olan faktiki ixrac həcmləri də hesabata daxil edilirdi.


İkincisi, bu qədər avtomatlaşma, bu qədər İT texnologiyaların tətbiqi, online gömrük bəyannamələrinin tətbiqi məgər real həcmləri bəyan edilmiş həcmlərə çevirmək yolunu hələ də ASANLAŞDIRMAYIB? 

İlham Şaban, neft-qaz üzrə ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO