Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 ABŞ dolları dəyərində 182 864,17 ton buğda idxal edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.
Mənbə yazır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb.
Qeyd edək ki, bu ilin ilk üç ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,13%-nə bərabər olub.
Bizim.Media