Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində ölkədə yaşayan milyarderlər ümumilikdə 50.1 milyard dollar itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index (BBI)” məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov da sərvəti ən çox azalanlar arasındadır.
Belə ki, 26,16 milyard dollara sahib Ələkbərovun sərvəti 60%, yəni 17,4 milyard dollar həcmində azalıb.
Hazırda Vahid Ələkbərovun sərvəti 5,36 milyard dollardır.
Bizim.Media