''Pandemiya və pandemiyanın yaratdığı mənfi fəsadlar Azərbaycana da təsir edib. Həmin təsirlərin nəticəsidir ki, dövlət büdcəsinin gəlirləri azalıb. Əsasən, vergi və gömrük daxilolmalarını nəzərdə tuturam''.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir 2021-ci ilin prioritetlərində Qarabağın bərpası məsələsinin yer aldığını söyləyib:
''Pandemiya ilə yanaşı, 44 gün ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əzəli Azərbaycan torpaqlarının işğalına son qoyub. Bütün prosesləri nəzərə almalıyıq. Bizim üçün 2021-ci ildə əsas prioritet məsələ Qarabağın yenidən qurulması və Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır''.
Bizim.Media