Asiya İnkişaf Bankı Qaradağ Günəş Elektrik Stansiyasının inşasına kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Qaradağ rayonunun Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən sahədə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) inkişafı, tikintisi və istismarı (“Alat Solar” layihəsi) üçün 23,20 milyon ABŞ dolları həcmində kredit ayırmağı planlaşdırır.

Bizim.Media AİB-yə istinadən xəbər verir ki, bankın Direktorlar Şurasının iyulun 25-də keçiriləcək iclasında kreditin təsdiq edilməsi gözlənilir.

Ümumi dəyəri 240 milyon ABŞ dolları təşkil edən layihənin icrasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 51 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Layihənin maliyyələşdirilməsində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK Dünya Bankı Qrupuna daxildir) da iştirak edəcəyi gözlənilir.
Layihə Azərbaycanda yaradılmış və maliyyələşmə üçün borcalan qismində çıxış edəcək xüsusi struktur tərəfindən işlənib hazırlanacaq.

Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihənin icrası üçün Azərbaycanda “Masdar Azerbaijan Energy” MMC qeydiyyatdan keçib.

Layihə - günəş fotoelektrik qurğusunun və yeni yarımstansiyanın, yerli yarımstansiyanı ölkə şəbəkəsi ilə birləşdirən 330 kV-lıq hava elektrik ötürücü xəttinin tikintisi, mövcud yola paralel yeni kənar yolun salınması üçün yolların yaxşılaşdırılması kimi 3 komponentdən ibarətdir.

Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.

Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək.

Layihə həmçinin, illik təxmini “CO2” emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək. Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.
Azərbaycan Hökuməti ilə "Masdar Azerbaijan Energy" arasında imzalanmış ikitərəfli saziş çərçivəsində həyata keçiriləcək layihə Bakıdan 60 km cənubda, Qobustandakı palçıq vulkanlarının yaxınlığında həyata keçiriləcək. Layihənin ərazisi 550 ha təşkil edir.

Xatırladaq ki, baş ofisi BƏƏ-də yerləşən “Masdar” şirkəti bərpa olunan mənbələrin işlənməsi və şəhərlərin dayanıqlı inkişafı sahəsində regional lider və böyük şirkətlərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

End of content

No more pages to load

RADİO