Azərbaycan - BƏƏ KOB Forumu keçirildi - FOTO 

Sabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində işə başlayacaq “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Konfransı (Annual İvestment Meeting – AİM) çərçivəsində Azərbaycan - BƏƏ kiçik və orta biznes (KOB) forumu keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan KOB-ları Qətərdə keçirilən sərgidə iştirak edir


Məlumatda deyilir ki, forum “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda təşkil olunub. KOBİA-nın təşkilatçılığı və “NEQSOL Holdinq”in dəstəyi ilə keçirilmiş “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirin məqsədi KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsidir. 

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən sosial islahatlar, özünüməşğulluq proqramı, DOST mərkəzlərinin fəaliyyəti, sosial ödənişlərin elektron təyinatı mexanizmləri barədə məlumat verib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələri, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstək barədə danışıb. 

Dubay Ticarət və Sənaye Palatasının Xarici əlaqələr idarəsinin rəhbəri Omar Xan çıxışında Azərbaycan və BƏƏ arasında KOB sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb, bu istiqamətdə palatanın birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd edib. 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, “AzerTelecom” MMC-nin İdarə Heyətinin sədri Stuart Evers, eləcə də biznes assosiasiyaların nümayəndələri və müxtəlif ölkələrdən olan iş adamları çıxışlarında birgə biznes təşəbbüslərinə, rəqəmsallaşmanın iqtisadi inkişafda roluna dair fikirlərini bölüşüblər. 

Sonra tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda olublar. 

Həmin gün həmçinin, KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

End of content

No more pages to load

RADİO