Vüqar Bayramovdan quru sərhədlərinin açılması ÇAĞIRIŞI: “Turist axınına müsbət təsir edəcək” 

“2022-ci ilin ilk 2 ayında ölkəmizə 138 ölkədən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib. Sözügedən müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayında da artım müşahidə olunub. Xaricə gedənlərin sayı 3,0 dəfə artaraq 184,2 minə çatıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabından bildirib. 

Belə ki, ölkəyə turist axını ilə bağlı fikirlərini bölüşən deputat virusa yoluxma sayındakı azalmalara da diqqət çəkib: 

“Sevindirici haldır ki, son günlər virusa yoluxanların sayı kəskin azalıb. Dünən cəmi 21 yeni yoxulma qeydə alınıb. Aktiv xəstələrin sayı isə cəmi 538 nəfərdir. Etiraf etmək lazımdır ki, ölkəmizdə intensiv peyvəndləşmə COVİD-19 virusunun lokallaşdırılmasında xüsusi rol oynadı.

Digər ölkələrin də təcrübəsi göstərir ki, uğurlu vaksinasiya aparan dövlətlərdə yoxulma sayını optimallaşdırmaq mümkün olub. Azərbaycanda vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 382 mindən çoxdur”. 
Millət vəkili pandemiyanın zəifləməsi səbəbindən quru sərhədlərinin açılmasının məqsədəuyğun ola biləcəyini də vurğulayıb: 

“Artıq əksər aparıcı ölkələr, hətta COVİD-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zellandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar. Azərbaycanda yoluxma sayının azalması kontekstində mövcud əlverişli vəziyyəti və qlobal yumşalmanı nəzərə alsaq mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardi.  Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması məqəsədəuyğndur. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”. 

Vüqar Bayramovun sözlərinə görə, PCR test tələbinin götürülməsi, ölkəyə turist axınına müsbət mənada təsir edə bilər: 

“Artıq yeni turizm mövsümü başlamaqdadır. Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı.
Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Bugün də intensiv yağış yağacaq

Bugün də intensiv yağış yağacaq

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

End of content

No more pages to load

RADİO