Cari ilin sonunadək TANAP boru kəməri ilə ümumilikdə 16,2 milyard kubmetr qazın nəqli planlaşdırılır.
SOCAR-dan Bizim.Media-ya bildirilib ki, bu da ötən illə müqayisədə 18 faiz artım deməkdir.
Xatırladaq ki, TANAP boru kəməri ilə 2021-ci ildə Türkiyə və Avropaya ümumilikdə 13,73 milyard kubmetr Azərbaycan qazı nəql olunub.
Bizim.Media