Rəqəmsal inkişaf nazirliyi niyə susur?

Son günlər Ukraynada davam edən müharibə bir çox sahədə olduğu kimi, İT sektorunda fəaliyyət göstərən şirkətlərin, startapların və mütəxəssislərin ölkəni tərk etməsinə səbəb olur. Ukraynanı tərk edən İT şirkətlər əsasən onların fəaliyyətini dəstəkləyən və biznes fəaliyyəti üçün əlverişli şərtlər təqdim edən ölkələrə üz tutur. 

Artıq Estoniya, Böyük Britaniya, Macarıstan, Ermənistan və Kanada Ukrayna vətəndaşlarının vizasız və ya sadələşdirilmiş viza ilə ölkəyə daxil olmalarına və biznes fəaliyyətləri icra etmələrinə imkan verən şərtləri müəyyən ediblər. Nəticədə Ukraynanı tərk edən bir çox şirkət və mütəxəssis adı çəkilən ölkələrə yönəlir və öz biznes fəaliyyətlərini burada yenidən mərkəzləşdirir.

Bu şirkətlər arasında İT sahəsində fəaliyyət göstərən startaplar və mütəxəssislər xüsusilə fərqlənir.

Bu gün Ukraynalı mütəxəssislər və şirkətlər İT sahəsində dünyanın ən yaxşıları sırasında yer alır. Ukraynanın içərisində olduğu mövcud şərait əksər sahələr kimi biznes mühitinə də ciddi təsir etdiyindən bir çox şirkət mövcudluğunu qorumaq və risklərdən xilas olmaq məqsədilə digər ölkələrə üz tutur. Bu prosesdən ən çox yararlanan isə heç şübhəsiz ki, ukraynalı mütəxəssisləri və şirkətləri cəlb etməyi bacaran ölkələr olur.

Təəssüflər olsun ki, Ukrayna İT şirkətləri ilə yaxın əlaqələrə malik, dost ölkə statusunda olan Azərbaycan bu prosesdə hər hansı formada iştirak etmir.

Xatırladaq ki, bir müddət öncə Ukraynanın tanınmış “Step İT Academy” adlı şirkəti Azərbaycana dəvət edilib, gənc developerlərin və İT mütəxəssislərin hazırlanması işinə müsbət töhvələr verib. Lakin bu gün niyəsə bu və ya digər İT şirkətlərlə mövcud əlaqələrdən istifadə edilmir.

Bu vaxtadək İT sahəsindəki fəaliyyətlərə birbaşa cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin bu istiqamətdə hər hansı bir fəaliyyətinin şahidi olmamışıq. Ukraynalı İT şirkətlərinin və mütəxəssislərinin Azərbaycana dəvət edildiyi və bu istiqamətdə digər gərəkli fəaliyyətlərin icra olunduğu təqdirdə Azərbaycanın İT “hub”a çevrilməsi imkanı olduqca realdır. Lakin bu cür imkanlara və əlverişli şərtlər rəğmən nazirliyin fəaliyyətsizliyi müşahidə olunur. 

Digər tərəfdən bu vaxtadək bir çox qlobal texnologiya şirkətlərinin regional ofisləri Rusiyada yerləşirdi. Lakin son hadisələrin fonunda Rusiyaya yönəlik sərt sankiyalar bu şirkətlərin öz mərkəzlərini Rusiyadan çıxarmasına və yeni mərkəz axtarışlarına sövq edir. Onların ilk üz tutduqları yer isə qonşumuz Gürcüstanvə Ermənistan olur. Halbuki, istər struktur, istərsə də imkanlar baxımından Azərbaycan çox asanlıqla bu işin öhdəsindən gələ bilərdi. 

Sadəcə yenə də müvafiq qurumlar tərəfindən hər hansı addımın atılmaması, önəmli imkanların əlimizdən çıxması ilə nəticələnib.

Tədricən Azərbaycan İT sahəsində regional rəqabətdə Gürcüstan və Ermənistanın gerisinə düşür və bu vəziyyətin aradan qaldırılması məqsədilə heç bir qabaqlayıcı tədbir görülmür.

Son proseslər çərçivəsində Ermənistanın Rusiya, Belarus və Ukrayna İT şirkətləri üçün relokasiya imkanları və xüsusi fəaliyyət şərtləri yaratdığı, xarici İT şirkətlərinin Ermənistana cəlb olunmasına çalışdıqları məlumdur.
 

Xarici şirkətlərin bu təklifi dəyərləndirməyə qərar vermələri Ermənistanın regionda İT sahəsindəki inkişafına təkan verəcək.


Qeyd edək ki, artıq bir neçə ildir ki, Ermənistanda “Dilican” texnoparkı Azərbaycandakı analoqları ilə müqayisədə kifayət qədər uğurlu şəkildə fəaliyyət göstərir. Hazırkı prosesin sürətlənməsi də Ermənistanın İT istiqamətində daha da güclənməsinə, Azərbaycanın isə rəqabətdə geri qalmasına səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

End of content

No more pages to load

RADİO