Pakistan Qarabağa investisiya qoymağa qərar verdi

Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında üçüncü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda hər iki ölkənin səfirləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən Azərbaycanın Xarici İşlər və Səhiyyə Nazirliklərinin, Dövlət Neft Şirkətinin (SOCAR) və Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri iştirak edib.

İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rövşən Nəcəf Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Nazir müavini təcavüzkar Ermənistan silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qələbə qazandığını vurğulayıb. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyi, hər zaman Azərbaycana dəstək olması və həmrəylik nümayiş etdirməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edilib ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi regional və beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək, Qarabağ regionuna investisiya qoyuluşu imkanlarını daha da artıracaq.

Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndiyini vurğulayan nazir müavini ölkəmizdə 2 085 Pakistan şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, dost və qardaş Pakistan iş adamlarını Azərbaycan sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq, turizm və s. sahələrə investisiya yatırmağa dəvət edib.

İclasda Azərbaycan iqtisadiyyatı, koronavirus pandemiyası ilə mübarizə tədbirləri barədə məlumat verilib, ölkəmizin nəqliyyat-tranzit imkanları, ixrac potensialı vurğulanıb.

Pakistanın Ticarət katibi, Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Sualeh Faruqi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, tərəfdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması, qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

End of content

No more pages to load

RADİO