Dövlət satınalmalarındakı problemli MƏQAMLAR – Ekspertdən ÇÖZÜM

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən qurumun rəhbəri Məmməd Abbasbəyli Dövlət satınalmalarda iştirak edən podratçı şirkətlərin texniki peşəkarlıq səviyyəsinin öncədən müəyyənləşdirilməsinin yeni qanunvericiliklə tətbiq oluna biləcəyini qeyd edib.

Qurum rəsmisi vurğulayıb ki, ölkəmizdə 10 manat nizamnamə kapitalı olan şirkətlər də mövcuddur.

Bəzi hallarda bu cür yeni yaranmış və təcrübəsi olmayan şirkətlərin tenderlərdə iştirak edərək qalib gəldiklərinə də şahid oluruq.

Bəs, bu cür mənfi halların aradan qaldırılması üçün hansı yeniliklərin tətbiqinə ehtiyac var?
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank fevralda valyuta ehtiyatlarını artırıb - MƏBLƏĞ


Sualı Bizim.Media üçün cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni qanunun qəbulundan daha çox, mövcud qanunun tətbiqinin təmininə ehtiyac var:

“Məsələ ilə bağlı mövcud qanunvericilikdə bəzi müddəalar əks olunub ki, tenderlərdə olan ədalətsizliklərin dəyişməsi ilə nəticələnə bilər. Məsələn, “Satınalmalar haqqında” qanunda göstərilir ki, şirkətin təcrübəsi qiymətləndirmə zamanı komissiya tərəfindən nəzərə alınan əsas istiqamətlərdən biri olmalıdır. Yəni, şirkətlərin təcrübəsi ölçülməlidir. Lakin praktikada şahidi oluruq ki, bəzən 3 illik şirkətlər yox, 10 günlüklər tenderlərdə qalib olur. Bu isə, o deməkdir ki, qanunun tətbiqində problem var”.

Ekspert satınalmalarda hansı nüansalara xüsusi diqqət yetirilməli olduğunu da qeyd edib:

“Ümumilikdə isə, tenderlərlə bağlı qanunun yenidən işlənməsi vacibdir. Bir sıra məhdudlaşdırıcı parametrlər qanunda öz əksini tapmalıdır. Yalnız yeni texnologiyaların tətbiqi sahəsində yeni yaradılmış şirkətlərin iştirakı üçün xüsusi rəy almaq şərtilə şəraitin təmin olunması mümkün hesab olunmalıdır. Dövlət satınalmalarında təcrübə ilk növbədə nəzərə alınmalıdır. 
 

Eyni zamanda qiymətləndirmə zamanı xüsusi çəkilərin təmin edilməsi də vacibdir. Məsələn, qiymətləndirmə zamanı şirkətin təcrübəsinə 30% üstünlük, təqdim olunan qiymət isə 25% və daha az dəyərlə verilməlidir.


Belə olan halda, təbii ki, (məmurlar tərəfindən yaradılmış) yeni şirkətlərin tenderlərə asanlıqla daxil olmasının qarşısı alınıb və təcrübəli podratçılar tərəfindən keyfiyyətli işin görülməsinə və rəqabətin təmin olunmasına şərait yaradılır”.

İqtisadçı bəzi dövlət satınalmalarını vahid sistemdən kənar həyata keçirilməsi məsələsinə də toxunub:
 

“Onlayn şəkildə təşkil olunan satınalmalar ümumi tenderlərin çox az bir hissəsini təşkil edir. Düşünürəm ki, bununla bağlı da kvota müəyyən edilməlidir. Eyni zamanda şərtlər sərtləşdirilməlidir ki, birbaşa satınalmalar, demək olar ki, mümkünsüzləşsin.


Yalnız hansısa formada, məsələn Qarabağda görülən işlərlə bağlı müəyyən istisnalar tətbiq edilsin. Çünki sözügedən sahədə bizim görə bilmədiyimiz məqamlar var və işin sürətli həyata keçirilməsi tələb oluna bilər. Digər əsas iqtisadi sahələrdə isə, birbaşa satınalmaların məhdudlaşdırılması diqqətdə saxlanılmalıdır. Lakin ilk növbədə qanunun tətbiqi təmin olunmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Qayınanasının mənzilindən oğurluq etdi

Qayınanasının mənzilindən oğurluq etdi

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

"Eşref Rüya" ilə bağlı qərar verildi

"Eşref Rüya" ilə bağlı qərar verildi

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

End of content

No more pages to load

RADİO