Gələn il Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 261 milyon manat vəsait ayrılacaq.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir söyləyib ki, dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiya olunması, öz doğma yurdlarına qayıdacaq vətəndaşların yaşaması üçün şəraitin təşkil edilməsi üçün xüsusi vəsait ayrılıb.
Bizim.Media