“Cənub Qaz Dəhlizi Azərbaycan qazının dünya bazarına fasiləsiz axınını təmin edir” - Pərviz Şahbazov 

0:00
0:00

Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammitində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.  

Bizim.Media xəbər verir ki, Energetika naziri iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və VI Sammitin işə başlaması münasibətilə təbriklərini çatdırıb. 

Nazir çıxışında deyib ki, enerji keçidi çağırışının rasional həlli təbii qazın enerji balansından çıxarılması ilə deyil, onun bu prosesdə körpü rolunun dəstəklənməsi ilə mümkündür.  

Bu kontekstdə qaz bazarı iştirakçılarının - istehlakçı və istehsalçı ölkələrin vizyonu və koordinasiyalı fəaliyyəti bütövlükdə enerji bazarında sabitlik üçün əsas faktorlardan biridir. 

Energetika naziri qaz ölkəsi kimi Azərbaycanın etibarlı təchizatçı və enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik nəzərə alan, balanslaşdırılmış enerji siyasətinin dayandığını qeyd edib: 

“Biz enerji təhlükəsizliyi və ətraf mühit arasında balansın tərəfdarıyıq. Ona görə də ilk vaxtlardan enerji təchizatının yeni mənbəyi olarkən marşrutları və tədarük bazarlarını şaxələndirməklə bərabər enerji balansında resursların da müxtəlifliyinə nail olmağa çalışmışıq. Hazırkı enerji böhranı da təsdiqləyir ki, bu, daha rasional yanaşmadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi də bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir”. 
 

Çıxışda, həmçinin dünyanın enerji keçidində təmiz enerji resursu olaraq qaza artan ehtiyacının qarşılıqlı faydalı əməkdaşlıq əsasında təmin ediləcəyinə və GECF-in bu prosesə töhfə verəcəyinə inam ifadə edilib.  


Qeyd edək ki, Sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və Mozambik prezidentlər, Liviya, Trinidad və Tobaqo baş nazirlər, 12 ölkə isə nazirlər səviyyəsində təmsil olunub.  
Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

End of content

No more pages to load

RADİO