“Dollar 6 faiz düşərək 2017-ci ildən bu yana rekord səviyyədə zəifləyib”.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, investorlar dolların Amerika Fond birjasında makret və sənaye sahəsində zəiflədiyini qeyd ediblər.
Ekspertlər 2021-ci ildə dolların daha da dəyərdən düşəcəyini proqnozlaşdırıblar.
Agentliyin sorğusuna cavab olaraq, analitiklərin üçdə ikisi dolların gələn ilin ortasına qədər düşməkdə davam edəcəyini bildiriblər.
“Tallbacken Capital Advisors”un icraçı direktoru Maykl Pörvs "dollar cədvəlimizə görə zəifləməyə davam edəcək", - deyə vurğulayıb.
Qeyd edilib ki, riski azaltmaq üçün çıxış yolları axtarılmağa başlanılıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media