İqtisadi Şurada ölkədə antiinflyasiya tədbirləri müzakirə edildi - DETALLAR

Xəbər verildiyi kimi, 17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, iclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.

İclasda inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.

Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub.

Həmçinin, qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb.

Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib.

İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

End of content

No more pages to load

RADİO