“Bizim daxili borc imkanlarımız var. Bu da daxili maliyyə bazarlarına dəstək verilməsi fonunda önəmlidir”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Sədr bildirib ki, biz borclanma məsələsinə, onun təhlükəsizlik “qırmızı xətti” müəyyən olunmaqla bu strategiyaya yenidən baxmalıyıq:
“Dünyada yaşanan iqtisadi böhranların böyük əksəriyyəti ehtiyatsız borclanma problemindən doğub”.
Bizim.Media