Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

2026-cı ilin yanvar-mart ayları üzrə Azərbaycanda 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bizim.Media Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.
 

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub.


Hesabat dövründə neftin emalı 1,4 milyon ton təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2026-cı il tarixinədək 675 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasil edilib.

“Azəri-Çıraq-Günəşli”dən 621,7 milyon ton neft, 247,4 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 53,3 milyon tona yaxın kondensat, 271,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 673 milyon ton neft, 196,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Sabah Bakıda 17 dərəcə isti olacaq

Sabah Bakıda 17 dərəcə isti olacaq

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

İran rəsmisindən ŞOK AÇIQLAMA: “ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” - VİDEO

İran rəsmisindən ŞOK AÇIQLAMA: “ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” - VİDEO

“Sea-Breeze” memarlıq möcüzələri ilə ilklərə imza atır – VİDEO

“Sea-Breeze” memarlıq möcüzələri ilə ilklərə imza atır – VİDEO

Süni intellekt iş həftəsini 3 günə endirəcək? - DETALLAR

Süni intellekt iş həftəsini 3 günə endirəcək? - DETALLAR

Bakıda keçiriləcək Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək - FOTO

Bakıda keçiriləcək Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək - FOTO

Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB

Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB

Aysun keçmiş ərindən YAZDI: “Yoxa çıxıb” - FOTO

Aysun keçmiş ərindən YAZDI: “Yoxa çıxıb” - FOTO

Qadın 7 yaşlı uşağı ilə qar uçqununun altında qaldı – VİDEO

Qadın 7 yaşlı uşağı ilə qar uçqununun altında qaldı – VİDEO

Qalibaf ABŞ-a istehza etdi: “4–5 dollarlıq benzini həsrətlə xatırlayacaqsınız” – FOTO

Qalibaf ABŞ-a istehza etdi: “4–5 dollarlıq benzini həsrətlə xatırlayacaqsınız” – FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı - VİDEO

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

End of content

No more pages to load

RADİO